AZ

Zeaksantin: Xərçəng hüceyrələrinin QATİLİ – ARAŞDIRMA

Xərçəng hüceyrələrini öldürən maddə – qidaları sarı rəngə boyayan bir piqment tapılıb.

Interpress.az xəbər verir ki, bununla bağlı alimlər araşdırma aparıb. Alimlər müəyyən ediblər ki, məhsullara sarı rəng verən zeaksantin adlı piqment xərçəng hüceyrələrinə qarşı mübarizədə mühüm rol oynaya bilər.

Mütəxəssislərin sözlərinə görə, zeaksantin immun sisteminin fəaliyyətini gücləndirərək bədxassəli hüceyrələrin axtarışı və məhvinə kömək edir.

Bu piqment ən çox yaşıl yarpaqlı tərəvəzlərdə, narıncı bibərdə, qarğıdalıda və manqoda olur.

Həkimlər qeyd edirlər ki, sözügedən məhsulların rasiona müntəzəm şəkildə daxil edilməsi müxtəlif növ xərçəng xəstəliklərinin inkişaf riskini azalda bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr