AZ

Fermerlərə yanğın hadisələri üzrə 29 min manatlıq sığorta ödənişi həyata keçirilib

Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər ərzində yanğın riski üzrə fermerlərə təqribən 29 min manatlıq sığorta ödənişi həyata keçirilib.

Fondun məlumatına görə, bu illər ərzində 16 rayondan olan sığortalı fermerlər tərəfindən yanğın hadisəsi üzrə 21 müraciət daxil olub. Müraciətlərin araşdırılması zamanı 16 hadisə üzrə əkin sahəsinə zərər dəydiyi müəyyən edilib.

Sığorta ödənişləri hesablandıqda bəzi sahələr üzrə dəymiş zərərlərin azadolma məbləğindən daha az olduğu dəqiqləşib. Nəticədə azadolma məbləğləri çıxılmaqla fermerlərə 28 762 manat sığorta ödənişi edilib.

Yanğına görə ən çox sığorta ödənişləri Ağcabədi, Qusar, Biləsuvar, Şabran, Neftçala, Ağsu və İsmayıllı rayonlarında həyata keçirilib.

Seçilən
6
9
vergiler.az

10Mənbələr