Ötən mövsüm "Cəbrayıl"ın heyətində I Liqada çıxış edən 3 futbolçu "Ordu" ilə anlaşıblar.
Bunu Fanat.Az-a "hərbçilər"in baş məşqçisi İlham Yadullayev bildirib.
Paytaxt təmsilçisi qapıçı Əkpər Vəliyevi, Zinətdin Abdulrəhmanovu və Samir Məhərəmlini heyətinə qatıb.
Qeyd edək ki, "Cəbrayıl" bir müddət öncə ümumilikdə 19 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Mirağa