AZ

Leverkuzendə qərar tuta bilər

“Bayer-04”ün baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

“Sky Sports”un məlumatına görə, Leverkuzen klubuna “Tottenhem”in sabiq baş məşqçisi Angelos Postekoğlu təyinat ala bilər. Almaniya klubu vakant posta bir neçə variantı nəzərdən keçirir. Namizədlər arasında “Real”ın keçmiş hücumçusu Raul Qonsales də var. İdarə Heyətinin həftəsonuna qədər qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, Erik ten Haq bir neçə gün əvvəl “Bayer-04”ün baş məşqçi vəzifəsindən istefaya göndərilib.

Seçilən
15
1
football-plus.az

2Mənbələr