AZ

7 həftəlik tətildən sonra ilk rəsmi tədbirdə - FOTOLAR

İngiltərədə Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton təxminən 7 həftəlik yay tətilindən sonra ilk birgə rəsmi tədbirlərinə qatılıblar.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onlar bu gün Londondakı Təbiət Tarixi Muzeyinin yenilənmiş bağlarını ziyarət ediblər.

Tədbir zamanı Middlton yeni imici ilə diqqət çəkib. Uzun illərdir şabalıdı-qəhvəyi saç rəngi ilə tanınan şahzadə bu dəfə daha açıq tonlarda və belinə qədər uzanan saçları ilə görünüb.

Onun obrazını ağ köynək, pencək, qara şalvar və sadə ayaqqabılar tamamlayıb. Şahzadənin boynundakı boyunbağıda isə övladlarının - 12 yaşlı Corc, 10 yaşlı Şarlotta və 7 yaşlı Luisin baş hərfləri yer alıb.

Şahzadə Uilyam və Keyt bağların “yaşayan laboratoriya” kimi fəaliyyət göstərməsi barədə məlumat alıblar. Onlar məktəblilərlə birlikdə açıq hava dərslərinə qatılıb.

Görüş zamanı qəfil yağan yağış səbəbindən cütlük və məktəblilər çətirlər altında sığınmalı olublar. Bu an isə maraqlı görüntülərə səbəb olub.

"Cebheinfo.az" 

Seçilən
105
2
cebheinfo.az

3Mənbələr