AZ

İngiltərədən Niderlanda göndərildi

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” Kiano Dayerlə müqavilə bağlayıb.

İngiltərə klubu onu Niderland erediviziyasına bu yay yüksələn “Volendam”a icarəyə verib. London klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədərdi.

Qeyd edək ki, “Qarabağ” “Çelsi” ilə Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda noyabrın 5-də Bakıda qarşılaşacaq.

Seçilən
42
1
football-plus.az

2Mənbələr