Bakı. Trend:
“Uzbekneftqaz” səhmdar cəmiyyəti və Azərbaycan Dövlət NeftŞirkətinin (SOCAR) rəhbərləri danışıqlar keçirərək, Məhsul PayBölgüsü haqda Sazişin icrasının gedişatını, Üstyurt bölgəsindəkibloklarda geokəşfiyyat işlərinin başlanılması və əməliyyatçışirkətin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Trend bu barədə“Uzbekneftqz” SC-yə istinadən xəbər verir.
Tərəflər layihənin texniki aspektlərini nəzərdən keçirib vətəşkilati prosedurların sürətləndirilməsi barədə razılığa gəliblər.Danışıqların nəticəsi olaraq, sentyabr ayında əməliyyatçı şirkətinqeydiyyat prosesinin başa çatdırılması, seysmik kəşfiyyat işlərininyeni müddətlərinin müəyyənləşdirilməsi və layihənin ekolojiqiymətləndirilməsi prosedurlarına başlanılması barədə razılaşmaəldə olunub.
Görüş iştirakçıları əməkdaşlığın möhkəmləndirilməsininəhəmiyyətini vurğulayıb və birgə fəaliyyətin davam etdirilməsinəhazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistan EnergetikaNazirliyi, SOCAR və “Uzbekneftgaz” SC Üstyurt neft-qaz regionununinvestisiya bloklarında geoloji kəşfiyyatın aparılmasını və sonrakımərhələdə karbohidrogenlərin hasilatını nəzərdə tutan Məhsul PayBölgüsü haqda Sazişi imzalayıblar.