Hurriyyet.az xəbər verir ki, Türkiyənin 21 vilayətində gülənçilərlə əlaqəsi olan şübhəlilərin tutulması istiqamətində əməliyyatlar keçirilib.
Türkiyə təhlükəsizlik qüvvələri ölkə hakimiyyətinin terrorçu hesab etdiyi müxalifət lideri Fətullah Gülənin (FETÖ) təşkilatı ilə bağlı şübhəli şəxsləri yaxalayıblar. Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, 41 nəfəri saxlanılıb.
Nazir deyib: "Onlardan 25 nəfərii həbs edilib, 7 nəfəri barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edilib”.
Həbslərin Ankara, Adana, İstanbul, İzmirdə və ölkənin digər şəhərlərində həyata keçirildiyi bildirilir. Yerlikaya qeyd edib ki, saxlanılanlar arasında ekstremist fəaliyyətə görə axtarışda olanlar da var.
Hürr Tərcüman