AZ

Günəşdə artan fəallıq Yerə öz təsirini göstərir

AzVision.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu belə məlumat yayıb.

“Avqust ayı üçün alınan məlumatlara görə, günəş dövrü ardıcıl şəkildə üçüncü aydır ki, böyüyür və 2025-ci ilin may ayından etibarən təxminən 70% artaraq 2024-cü ilin əvvəlindəki səviyyələrə qayıdır”,- xəbərdə deyilir.

Yerə Günəş plazması gəlir| VİDEO
Alimlərin sözünə görə, bu fonda Günəşin bu il və ya gələn ilin əvvəlində ikinci aktivlik zirvəsinə çatması ehtimalı ilə bağlı diskussiyalar yenidən başlayıb.

- Qarşıdan gələn payız mövsümündə günəş aktivliyinin səviyyəsi əsas göstərici xarakteri daşıyacaq və bu baxımdan xüsusi maraq doğuracaq”,- mütəxəssislər vurğulayırlar.

Onlar Günəşdə istənilən aktivliyin Yer kürəsinə təsirsiz ötüşmədiyini bildiriblər.

Xatırladaq ki, sentybarın 1-də mütəxəssislər Günəş plazmasının şleyfi Yerə doğru hərəkət etdiyini və bu ayın ilk günlərində planetimizdə maqnit qasırğalarının baş verəcəyini açıqlamışdılar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
20
1
azvision.az

2Mənbələr