İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 2023-cü ildəki gəlirləri illik müqayisədə 32 faiz artıb.
Banker.az Agentliyin illik audit hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə 44.74 mln. manat gəlir əldə edib. Bu 2022-ci ildə 33.85 mln. manat olmuşdu.
Bununla belə dövlət qurumunun xərcləri gəlirləri xeyli üstələyib. Hesabat müddətində 50.23 mln. manat xərc çəkməklə öncəki ildən 48 faiz yuxarı olub.
Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyi Prezident İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı əsasında “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin bazasında publik hüquqi şəxs kimi yaradılıb və həmin il dövlət qeydiyyatına alınıb. Hazırda agentliyin idarəçiliyində 8 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.