AZ

Zaxarova: Məşhurluğum gözəl olmağımla bağlıdır

BAKI, 4 sentyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çində populyarlığını ABŞ-ni tənqid etməsi ilə deyil, xarici görünüşü ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, o, Pekində söhbət etdiyi bir Çin rəsmisinin ona gözəl olduğunu söylədiyini bildirib.

“Yüksək çinli məmurlardan biri - bu, şəxsi söhbət idi, ona görə də adını çəkməyəcəyəm - mənə söylədi ki: “Sən Çində çox məşhursan”, - Zaxarova bildirib.

Diplomat buna zarafatla cavab verdiyini və bunun ABŞ haqqında sərt şərhləri ilə əlaqəli olub olmadığını soruşduğunu söyləyib:

“O, qəribə şəkildə mənə baxıb dedi: “Belə bir şey yoxdur. Çünki sən gözəlsən”.

Seçilən
0
1
teleqraf.com

3Mənbələr