AZ

Berlində avtomobil bir qrup uşağı vurub, dörd nəfər xəsarət alıb

Berlin, 4 sentyabr, AZƏRTAC

Berlinin Veddinq rayonunda avtomobil bir qrup uşağı vurub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “BMW” markalı avtomobilin sürücüsü küçədə dönmə manevri edərkən idarəetməni itirərək avtomobili səkidə duran 15-dək uşağın üzərinə sürüb.

Qəza nəticəsində üç uşaq və onlara nəzarət edən bir nəfər xəsarət alıb. Həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin qəsdən törədilmədiyi və qəza olduğu ehtimal edilir. Polis sürücünün avtomobili idarə edərkən narkotik vasitənin təsiri altında olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
39
1
azertag.az

2Mənbələr