AZ

Rusiyada ən uzunömürlü insanlar bu bölgədə yaşayır

İnquşetiya Rusiyanın ən uzunömürlü insanların olduğu regionlarının reytinqində liderdir.

Publika.az xəbər verir ki, bu barədə respublika rəhbəri Mahmud-Əli Kalimatov “Telegram” kanalında məlumat verib.

Regionda gözlənilən ömür uzunluğu 78,34 ildir. Kalimatovun sözlərinə görə, bu göstərici bir çox amillərin hesabına əldə edilib. Belə ki, respublika sakinlərinin 37 faizi sağlam həyat tərzi prinsiplərinə tam əməl edir. Bundan əlavə, rayonda səhiyyə sistemi inkişaf edir.

“Bununla yanaşı, biz ahıllara sosial dəstək proqramlarını uğurla həyata keçirmişik, yaşlı nəsil üçün onların diqqət və qayğı ilə əhatə olunduğu istirahət evi fəaliyyət göstərir”, - deyə rayon rəhbəri bildirib.

Seçilən
48
publika.az

1Mənbələr