AZ

Günəşdə şüa şəklində qeyri-adi plazma emissiyası baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 4-də Günəşin şimal yarımkürəsində qeyri-adi kütlə emissiyası qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, plazma tez-tez olduğu kimi, maqnit halqası şəklində deyil, birbaşa şüa (jet) şəklində atılıb. Bu şüa Günəşin səthinə kəskin bucaqla yönəlib.
Bu hal, ehtimal ki, nisbətən zəif partlayışdan sonra maqnit sahəsinin sürətli yenidən qurulması səbəbindən yaranıb. Bu yenidən qurulma nəticəsində qeyri-adi formalı açıq maqnit strukturu formalaşıb. Elm adamları yeni plazma emissiyasının Yerin geomaqnit sahəsinə necə təsir edəcəyi barədə məlumat verməyiblər. Qeyd olunub ki, yaxın vaxtlarda güclü maqnit qasırğaları gözlənilmir.
Seçilən
111
29
oxu.az

10Mənbələr