AZ

"Rebuild Karabakh 2025" sərgisində KOB-lar üçün xüsusi stend qurulacaq

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2025") keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə KOBİA xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB subyektləri 1 oktyabr 2025-ci il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2025” qeyd olunmalıdır).

Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi bu il öz yubileyini qeyd edəcək. Builki sərgi informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida sənayesi, kimya, mədən sənayesi, nəqliyyat, yol tikintisi və infastrukturu kimi bölmələrdən ibarət olacaq.

Seçilən
35
10
vergiler.az

10Mənbələr