AZ

Əfsanəvi Ernest Heminqueyin sonuncu övladı vəfat etdi

Məşhur yazıçı, ədəbiyyatçı Ernest Heminqueyin sönuncu övladı - yazıçı Patrik Heminquey 97 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ailə üzvlərinə istinadən məlumat yayıb.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının kiçik oğlu yazıçının sağ qalan övladlarının sonuncusu idi. Onun ABŞ-ın Montana ştatındakı evində öldüyü bildirilir. Kiçik Heminquey atasının sağlığında bitirə bilmədiyi “Həqiqətə baxış” kitabını tamamlaması ilə tanınır. O, həmçinin atasının digər əsərlərinə “Afrikanın Yaşıl təpələri” (2016), “Daşınan ziyafət” (2009) memuarına və “Silahlarla vida” kitabının 2006-cı il nəşrinə ön sözlər yazıb.

Qeyd edək ki, Patrik Ernestin övladları arasında atasının yolu ilə gedən yeganə uşaq idi. Heminqueyin ilk oğlu Cek balıqçı, qızı Qloriya isə həkim idi.

Seçilən
97
publika.az

1Mənbələr