Sabah DÇ-2026-nın seçmə mərhələsinin F qrupu üzrə ilk oyunu çərçivəsində İslandiya və Azərbaycan komandaları üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, oyundan öncə rəqib komandanın baş məşqçisi Arnar Qunnleyqssonun mətbuat konfransı baş tutub. 52 yaşlı mütəxəssis sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək oyun barədə bu sözləri deyib:
"Onların baş məşqçisi qoca tülküdür, mənim beynəlxalq futbolla təcrübəmə əsasən hər oyuna bütün qəlbinlə hazırlaşmalısan, əks halda pis nəticələnə bilər. Bunun baş verməsinə imkan yaratmamalıyıq. Sabahkı oyunun ölüm-qalım məsələsi olduğunu deyə bilmərəm, lakin yaxındır. Sabah mütləq qalib gəlməliyik və sabah üstümüzdə təzyiq olacaq. Qələbə qazanmalıyıq və sevinc hisslərini yaşamalıyıq".