Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 4 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Neft sənayesində nanotexnologiyaların tətbiqinin riyazi modelləşdirmə laboratoriyasının müdiri professor Eldar Şahbazov elmi nailiyyətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının ən yüksək mükafatlarından biri olan “Akademik Azad Mirzəcanzadə adına gümüş medal” ilə təltif olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Medalı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev təqdim edib.
Bu medal dünyada azərbaycanlı alimin adına təsis edilən ilk beynəlxalq mükafatdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.