AZ

Xarici işlər nazirininin müavini Sloveniyada

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1-2 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 20-ci Bled Strateji Forumunda iştirak məqsədilə Sloveniyada səfərdə olub.

XİN-dən Modern.az-a verilən xəbər görə, forum çərçivəsində nazir müavini dünyada hökm sürən cari beynəlxalq vəziyyətə həsr olunmuş panel müzakirələrində çıxış edib.

Çıxışda cari ilin 8 avqust tarixində baş tutmuş Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılaşmalardan, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyindən bəhs edib, regionda sabitliyin əhəmiyyəti vurğulanıb.

Çıxışda, həmçinin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizin iştirakı ilə gerçəkləşən irimiqyaslı enerji və nəqliyyat layihələrinə diqqət çəkilərək, "Orta Dəhliz" kimi beynəlxalq nəqliyyat marşrutlarının yaradılmasında və fəaliyyətində Azərbaycanın oynadığı vacib rol barədə məlumat təqdim edilib.

Panel müzakirələri zamanı ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi və sədrliyi, COP29 çərçivəsində uzun müddət həllini gözləyən bir çox məsələ üzrə əldə edilmiş nailiyyətlərdən və qəbul edilmiş qərarlar barədə danışılıb.

Səfər çərçivəsində, həmçinin bir sıra ikitərəfli işçi görüşlər keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
modern.az

7Mənbələr