Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qazaxstanda xarici işlər naziri Murat Nurtleu ilə birgə saxlanıldığı iddia edilən iş adamı Hacı Hacıyevin həyat yoldaşı - Qazaxıstan prezidentinin teleradio kompleksinin (TRK) direktoru Rauşan Kazibayeva "Orda.kz" nəşrini məhkəməyə verməyə hazırlaşır.
Modern.az bu barədə "KazTAG" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Nurtleu və Hacı Hacıyevin saxlanılması xəbərini ilk dəfə "orda.kz" nəşri yayıb. Nəşr böhtanda ittiham edilir.
Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Bilərəkdən yalan məlumatların yayılması ictimai inamı zədələyir və cari hadisələrlə bağlı təhrif olunmuş təsəvvür yaradır”, - bəyanatda deyilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.