ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Polşa Daxili İşlər və İdarəetmə Nazirliyi 2025-ci ilin yanvarından bu yana 1100 əcnəbinin ölkədən deportasiya edildiyini bildirib ki, bu da ötən ilin bütün göstəriciləri ilə eynidir.
Bizimyol.info xəbər verir ki, qovulanlar arasında oğurluq, narkotik maddə saxlamaq, sənəd saxtakarlığı, soyğunçuluq və sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinən 15 Ukrayna vətəndaşı da var. Onlara 5 ildən 10 ilədək Polşaya giriş qadağan edilib.
Hakimiyyət viza qalmaqalının nəticələrinə və qaçqın axınına qarşı mübarizə fonunda deportasiyaların sayının artdığını vurğulayır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 31 mindən çox əcnəbi “arzuolunmaz şəxslər” reyestrindədir – bu, dörd il əvvəlkindən təxminən iki dəfə çoxdur.
Onların ən çoxu Ukrayna, Gürcüstan, Suriya, Əfqanıstan, Belarus və Rusiya vətəndaşlarıdır. Hazırda bu siyahıda 5900 Ukrayna vətəndaşı var (onlardan 4200-ü və ya 70%-dən çoxu yekun hökmlə məhkum edilib).
"Rzeczpospolita" nəşri qeyd edib ki, məxfi xidmətlər və Daxili İşlər Nazirliyinin rəsmiləri deportasiyanı təhlükəsizliyi təmin etmək üçün zəruri tədbir adlandırırlar.
Onların fikrincə, Bu tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilməli və gələcəkdə Polşa vergi ödəyicilərinin xərclərini azaltmaq üçün Polşada cinayət törətməkdə təqsirli bilinən əcnəbilər cəzalarını öz ölkələrində çəkməyə göndərilməlidir.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.