AZ

Günəşdə artan fəallıq Yerə öz təsirini göstərir

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu belə məlumat yayıb. “Avqust ayı üçün alınan məlumatlara görə, günəş dövrü ardıcıl şəkildə üçüncü aydır ki, böyüyür və 2025-ci ilin may ayından etibarən təxminən 70% artaraq 2024-cü ilin əvvəlindəki səviyyələrə qayıdır”, - xəbərdə deyilir.

Yerə Günəş plazması gəlir | VİDEO

Alimlərin sözünə görə, bu fonda Günəşin bu il və ya gələn ilin əvvəlində ikinci aktivlik zirvəsinə çatması ehtimalı ilə bağlı diskussiyalar yenidən başlayıb. - Qarşıdan gələn payız mövsümündə günəş aktivliyinin səviyyəsi əsas göstərici xarakteri daşıyacaq və bu baxımdan xüsusi maraq doğuracaq”, - mütəxəssislər vurğulayırlar. Onlar Günəşdə istənilən aktivliyin Yer kürəsinə təsirsiz ötüşmədiyini bildiriblər. Xatırladaq ki, sentybarın 1-də mütəxəssislər Günəş plazmasının şleyfi Yerə doğru hərəkət etdiyini və bu ayın ilk günlərində planetimizdə maqnit qasırğalarının baş verəcəyini açıqlamışdılar. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
azvision.az

2Mənbələr