Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya özünün “X” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib. “Saxlanılanların 25-i həbs edilib, 7-si barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Həbslər son on gün ərzində baş tutan əməliyyat tədbirləri çərçivəsində həyata keçirilib”, - Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, saxlanılanlar arasında FETÖ istintaqı çərçivəsində ifadələrdə və tanınmalarda adları hallanan şəxslər, habelə axtarışda olan və ya artıq müvafiq işlər üzrə cəza çəkən adamlar da var. Əməliyyat tədbirləri Adana, Afyonkarahisar, Aksaray, Ankara, Aydın, Bursa, Çankırı, Dənizli, Ərzincan, Əskişəhər, İstanbul, İzmir, Kayseri, Konya, Nevşehir, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Uşak və Yalovanı əhatə edib.
21 ilde FETÖ’ye yönelik son 10 gündür devam eden operasyonlarımızda; 41 şüpheliyi yakaladık❗️❌ 25'i TUTUKLANDI. 7'si hakkında adli kontrol hükümleri uygulandı. Diğerlerinin işlemleri devam ediyor. Adana, Afyonkarahisar, Aksaray, Ankara, Aydın, Bursa, Çankırı, Denizli,… pic.twitter.com/1pb8oqcuWO
— Ali Yerlikaya (@AliYerlikaya) September 4, 2025
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.