Almaniyanın paytaxtı Berlində bir şəxsin avtomobili ilə aralarında 7-8 yaşlı məktəblinin də olduğu 15 nəfərlik qrupun içinə girməsi nəticəsində 1-i ağır olmaqla 4 nəfər yaralanıb.
Hadisə günorta saatlarında Wedding rayonundakı See küçəsində baş verib. İlkin məlumata görə, ən azı 3 şagird yüngül, müəllimləri isə ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb, polis isə hadisə yerində ifadə verən avtomobil sürücüsünü saxlayıb.
Hadisənin qəza və ya qəsdən törədilmiş bir hərəkət olub-olmaması barədə araşdırma aparılır.