Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakini Mirzəxan Tahir oğlu Həmidov idarə etdiyi "Hyundai H100" yük avtomobili ilə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı ehtiyatsızlıqdan vurub. Nəticədə Gülşən Həmidova aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.