ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi, psixonevroloji və digər sosial xidmət müəssisələrinin əməkdaşları üçün "Etik dəyərlər və peşə davranışı" mövzusunda təlimlər təşkil olunub.
Bu barədə AZƏRTAC-a agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, təlimlər sosial xidmət müəssisələrində qayğı ilə əhatə olunan həssas qrupların ləyaqətinin qorunduğu mühiti təmin etməyə və əməkdaşların gündəlik fəaliyyətlərində qarşılaşdıqları etik məsələlərdə düzgün qərarlar qəbul etmək bacarıqlarını gücləndirməyə hədəflənib.
Təlim prosesində iştirakçılar etik davranış normaları ilə bağlı praktiki nümunələr üzərində işləyib, peşə fəaliyyətində qarşılaşdıqları real situasiyalara dair müzakirələr aparıblar.
Qeyd edək ki, bu kimi təlimlər göstərilən sosial xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi daşıyır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.