AZ

700 illik Avropa Şir nin sirri AÇILDI

ain.az bildirir, News24 portalına istinadən.

Venesiyadakı məşhur "San Marko Şiri" heykəlinin gizli mənşəyi üzə çıxıb.

News24.az xəbər verir ki, araşdırmalara görə, təxminən 3 ton ağırlığında olan heykəl Avropada deyil, Çində hazırlanıb. O, Çin misindən tökülüb və Tan sülaləsinə aid qəbir qoruyucu fiqurlardan ilhamlanıb.

Alimlərin sözlərinə görə, əsər İpək Yolu vasitəsilə Venesiyaya gətirilib. Bəzi ehtimallara əsasən isə heykəli Çindən Marko Polonun atası gətirib. 1293-cü ildə zədələndiyi qeyd olunan əsər daha sonra bərpa edilib.

Elmi analizlər də heykəlin Çin mənşəli olduğunu təsdiqləyib. Qeyd olunur ki, ilkin formasında buynuzlu olan fiqur Avropada qanadlı aslana çevrilib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
165
3
news24.az

4Mənbələr