AZ

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycanlı cüdoçu Nihat Məmişov Avropa çempionu titulunu qazanıb...

Oxu.Az xəbər verir ki, idmançı Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında qitə birinciliyində qızıl medal əldə edib.

Nihat Məmişov final qarşılaşmasında italiyalı Françesko Sampinoya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

***

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.
60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.

Poliqon.info

Seçilən
178
5
poliqon.info

7Mənbələr