AZ

İsmayıllıda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsmayıllı, 4 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllı rayonunda 2024–2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon üzrə 535-dən çox şagird tələbə adını qazanaraq ölkənin müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 30 nəfəri 600-dən, 86 nəfəri isə 500-dən yuxarı bal toplayıb.Ən yüksək nəticəni İsmayıllı şəhər N.Behdiyev adına 6 saylı tam orta məktəbin məzunu Həsənli Osman Rahim oğlu göstərib. O, 673,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub.

Tədbirdə uğur qazanmış gənclər, onların müəllim və valideynləri təbrik olunub. Bildirilib ki, təhsil hər bir ölkənin və rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı vurğulanaraq qeyd edilib ki, bu sahədə əldə olunan nailiyyətlər dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində təhsil sahəsində aparılan islahatlar ölkə üzrə yüksək nəticələrin əldə olunmasına imkan yaradır. İsmayıllı gənclərinin nailiyyətləri isə rayon təhsilinin ön sıralarda olduğunu bir daha təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr