Dünyanın ən böyük aysberqi olan A23a yay mövsümündə Antarktida ərazisində öz sahəsinin 36%-ni itirib.
Publika.az xəbər verir ki, bu barədə Arktik və Antarktik Elmi-Tədqiqat İnstitutunun (AANİİ) "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, aysberqin sahəsi 2730 kvadrat kilometrdən 1750 kvadrat kilometrə qədər azalıb. Əsas gövdədən hər biri 60-dan 300 kvadrat kilometrə qədər sahəyə malik olan üç böyük fraqment ayrılıb.
A23a ilk dəfə 1986-cı ildə Filxner şelf buzlağından ayrıldıqda onun sahəsi 4100 kvadrat kilometrdən çox idi.