AZ

Avropa çempionu: Qızıl medalı anama həsr edirəm

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bratislava, 4 sentyabr, Cavid Əliyev, AZƏRTAC

Qələbəni ailəmə həsr edirəm, əsasən də anama. Onun mənim üzərimdə əməyi çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxt Bratislava şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Məhəmməd Musayev ( 66 kiloqram) deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Daha əvvəl gənclər arasında Avropa çempionu olmuşdum. Amma bu titul bir başqadır. Final görüşü gərgin keçdi. Yalnız qələbə düşünürdüm. Qarşıda bizi Peruda təşkil olunacaq dünya çempionatı gözləyir. Orada da uğur əldə etmək istəyirəm".

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
6
azertag.az

7Mənbələr