AZ

Türkiyədə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən 46 nəfər saxlanılıb

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-qanuni miqrasiya kanallarının qarşısını almaq üçün növbəti genişmiqyaslı əməliyyatın detallarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, əməliyyat bütün ölkə ərazisini əhatə edib, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri isə 81 vilayətin prokurorluq və ədliyyə orqanları ilə sıx əlaqələndirilib.

Nazir əlavə edib ki, qanunsuz miqrasiya kanalları təşkil etməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb, onlardan 8-i xarici ölkə vətəndaşıdır.

A.Yerlikaya əmin edib ki, qeyri-qanuni miqrasiya ilə mübarizə yalnız quruda deyil, Türkiyənin dəniz bölgəsində də qətiyyətlə davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
114
3
yeniazerbaycan.com

4Mənbələr