40 yaşlı futbolçu Eşli Yanqın yeni klubu bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, ingilis oyunçu karyerasını “İpsviç”də davam etdirəcək.
Maraqlıdır ki, təcrübəli futbolçunun oğlu Tayler Yanq da “İpsviç”lə müqavilə imzalayıb. O, klubun 21 yaşadək futbolçulardan ibarət komandasında çıxış edəcək.
Qeyd edək ki, ötən mövsüm ata və oğulun bir-birinə qarşı oynamaq imkanı da yaranmışdı. Belə ki, Eşli “Everton”un heyətində çıxış edərkən, FA Kubokunda “Peterboro”ya rəqib olmuşdu. Həmin vaxt Tayler “Peterboro”nun üzvü idi. Lakin o, meydana buraxılmadığından, futbol tarixində nadir rast gəlinən ata-oğul dueli baş tutmamışdı.
Hazırda klub İngiltərə Çempionşipində – Premyer Liqadan sonrakı ən güclü liqada çıxış edir.