"Tottenhem" klubunun prezidenti Deniel Levi vəzifəsindən istefa edib.

Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

63 yaşlı funksioner 2000-ci ildən bəri kluba rəhbərlik edirdi.

Levi dövründə "Tottenhem" bu il Avropa Liqasının qalibi olmağı bacarıb. Onlar bu dövrdə çox kubok qazanmasa da, hər zaman İngiltərənin ən iddialı klublarından olub.