AZ

“Fənərbağça”dan təklif barədə heç nə eşitməmişəm”

“Fənərbağça”nın baş məşqçisi Jose Mourinyo ilə yollarını ayırmasından sonra yeni baş məşqçi axtarışına başlayıb.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə, İstanbul təmsilçisi bu posta  “Ştutqart” klubunun çalışdırıcısı Sebastyan Hönessin gətirilməsini planlaşdırır.Lakin Höness yayılan xəbərlərə rəsmi açıqlama verərək, marağın həqiqət olmadığını bildirib.

“Mən bu barədə heç nə eşitməmişəm və ona görə də söyləyə biləcəyim heç nə yoxdur. Bu mənim üçün problem deyil – mütləq yox!”

43 yaşlı Höness 2023-cü ildən “Ştutqart”ın baş məşqçisidir və keçən mövsüm komandası ilə uzun müddətdən sonra Almaniya Kubokunu qazanıb.

Seçilən
39
90deqiqe.az

1Mənbələr