AZ

Azərbaycanda gənclərin sayı azalıb: Səbəb nədir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda gənclərin sayı azalaraq, 25 il əvvəlki səviyyəyə düşüb.

Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə hazırda Azərbaycanda 2.3 milyon gənc var. Bu isə 2000-ci ildə qeydə alınan rəqəmlə təxminən eynidir.

Onu da nəzərə alaq ki, 2000-ci ildə Azərbaycan əhalisinin sayı 8 milyon, hazırda isə 10 milyondan bir qədər çoxdur.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Videoya YouTube kanalımızda baxın.

Azərbaycanda yaşı 15-29 aralığında olan şəxslər gənc sayılırlar.

Gənclərin sayının ən yüksək səviyyəsi 2010-cu ildə qeydə alınıb.

Həmin vaxt ümumi əhali sayı 9 milyon, gənclərin sayı isə 2.8 milyon olub, yəni indiki vaxtdan 500 min nəfər çox.

Faiz nisbəti ilə desək 2010-cu ildən bugünədək ümumi əhali sayında gənclərin payı 8 faiz azalıb.

Yəni 15 il əvvəl hər 100 nəfərdən 31-i gənc idisə, bu gün hər 100 nəfərdən 23-ü gəncdir.

Ümumi müşahidələrdə çoxuşaqlı ailələrin sayının da azaldığı görünür.

Hətta hazırda gənc ailələrin əksəriyyəti sadəcə bir və ya ən yüksək halda iki uşaqla kifayətləndiklərini deyirlər.

Prezident İlham Əliyev 2004-cü ildə ölkədə əhali sayının artırılması məqsədilə "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" haqqında sərəncam verib.

Lakin statistika deyir ki, bu müddət ərzində ölkədə doğum səviyyəsi təxminən 40 faiz aşağı düşüb.

Ekspertlər azalmanı ölkədə insanların sosial rifahının aşağı olması, yaşam şəraitinin, təhsilin, tibbi xidmətin bahalaşması və iş yerlərinin olmaması ilə izah edirlər.

BBC-yə danışan bəzi gənclər ailə planlanmasında ölkədə uşaq pulunun verilməməsinin də onlara təsir etdiyini deyirlər.

Azərbaycanda rəsmilər gənclərin sayının azalması barədə şərh verməyiblər.

Seçilən
193
bbc.com

1Mənbələr