Türkiyə yığması DÇ 2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, E qrupunda mübarizə aparan "ay-ulduzlular" səfərdə Gürcüstanla qarşılaşıb.
Vinçentso Montella yetirmələri matça erkən qolla başlayıb. Mert Müldür fərqlənib.
Daha sonra Kerem Aktürkoğlu dubl edərək hesabı 3:0 edib.
Gürcülər hesab arasındakı fərqi minimum endirsə də, daha artığına gücü çatmayıb.
Qeyd edək ki, Türkiyə və Gürcüstandan başqa E qrupunda İspaniya və Bolqarıstan yığmaları da mübarizə aparır. Türklər 3 gün sonra son Avropa çempionu - İspaniyanı qəbul edəcək.