AZ

“Maklaren” Lando Norrisin Niderland Qran-Prisində çıxış edə bilməməsinin səbəbini açıqladı

Formula-1 komandası “Maklaren” Lando Norrisin Niderland Qran-Prisindən erkən çıxmasının səbəblərini açıqlayıb.

90deqiqe.Az-ın "The Race"ə istinadən məlumatına görə,  britaniyalı sürücünün bolidində yağ xətində sızma baş verib. Sensorlar problemi vaxtında aşkar edərək mühərriki söndürüb, bu da güc qurğusunun zədələnmə riskini azaldıb. Hazırda mühərrikin vəziyyəti yoxlanılır.

Komanda gələcəkdə belə halların təkrarlanmaması üçün tədbirlər görüb və İtaliya Qran-Prisində oxşar vəziyyətin qarşısını almağa çalışacaq.

Xatırladaq ki, bu hadisə nəticəsində Norris ikinci yerdəki mövqeyini itirib. Niderland Qran-Prisi sonrası o, şəxsi hesabında komanda yoldaşı Oskar Piastridən 34 xal geri qalır.

Seçilən
7
90deqiqe.az

1Mənbələr