AZ

Azərbaycan Rusiya ilə buzları əritmək istəmir?

Azərbaycan və Rusiya arasında soyuq münasibət davam edir.

İki ölkə arasında probelmelərin olduğunu, Azərbaycanın İctimai televiziyasının təbirincə, Putin də etiraf edib.

"Ölkələr arasında həmişə bəzi suallar ortaya çıxır, hazırkı vəziyyət və ya siyasi məsələlərlə bağlı. Problemlər var", bunu Rusiya Prezidenti Çinə səfəri zamanı keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.

Azərbaycanın dövlət televiziyası isə ümumiyyətlə Putinin bu çıxışını işıqlandırmayıb.

Azərbaycanla Rusiya arasında hazırkı problemlər 2024-cü ilin dekabrından başlayır.

Rusiyaya istiqamətlənmiş Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanda yerə çırpılıb. Nəticədə 38 nəfər həlak olub.

Tədqiqatların nəticəsinə görə, təyyarə kənardan dəymiş zərbə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan Prezidenti buna görə Rusiyadan üzrxahlıq və kompensasiya tələb edib. Rusiya isə bunu etməyib.

Son bir neçə ay ərzində isə Rusiyada Azərbaycan icmasının üzvlərinin həbsi başlanıb və həbslər zamanı iki azərbaycanlı ölüb.

Ardınca Azərbaycan da Bakıdakı Rusiya vətəndaşlarını həbs edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son mətbuat konfransında məhz bu barədə suala cavabında deyib.

"Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında vəziyyətin normallaşması üçün vacib addımdır", Zaxarova deyib.

Hazırda Azərbaycanda 10-dan çox Rusiya vətəndaşı həbsdədir.

Onlardan bəziləri jurnalistlərdir. Azərbaycan bu jurnalistləri dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırmada ittiham edir.

Rusiya mətbuatı isə bu həbsləri əsasız adlandırıb.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
111
bbc.com

1Mənbələr