AZ

Masazırda sürücülərin QARANLIQ PROBLEMİ - Dirək var, işıq yoxdur

Abşeron rayonunun Masazır qəsəbəsində qaranlıq yollar sürücüləri təngə gətirib.

Bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, küçə boyu işıq dirəkləri olsa da, gecə saatlarında heç vaxt yandırılmır. Bu isə həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.

Yolun vəziyyəti də ürəkaçan deyil. Sürücülər bildirirlər ki, asfalt örtüyü yamanmış və xeyli hissəsi bərbad gündədir. Bu səbəbdən nəqliyyatın hərəkəti çətinləşir, qəza riski artır.

Görüntüləri təqdim edirik:

Seçilən
114
1
far.az

2Mənbələr