AZ

“Qran-Priləri qısaltmağa ehtiyac yoxdur”

İkiqat Formula-1 çempionu və “Aston Martin” pilotu Fernando Alonso dünya çempionatındakı yarışların məsafəsinin azaldılması ilə bağlı fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, "FIA" Alonsonun dediklərini belə çatdırıb. 

“Yarışları qısaltmaq? Bilmirəm, bəlkə o zaman mən televizora baxıram. Amma zarafatı bir kənara qoysaq, Domenicali ilə etibarlı əllərdəyik. Mən isə Qran-Prilərin qısaldılmasına ehtiyac görmürəm. Futbol oyunları çox uzun olur, amma heç kim onları 60 dəqiqəyə endirməyə çalışmır. Bu, cəmiyyətin və uşaqların problemi ola bilər, amma idman üçün yox, ona görə də belə bir ehtiyac görmürəm”.

Qeyd edək ki, bu məsələ daha əvvəl Formula-1-in baş direktoru Stefano Domenikali tərəfindən gündəmə gətirilmişdi.

Seçilən
64
90deqiqe.az

1Mənbələr