AZ

“Maks ilə karyera qərarlarını daim müzakirə edirik”

Formula-1-in sabiq sürücüsü Yos Verstappen, “Red Bull” komandasının dördqat çempionu oğlu Maks Verstappenin karyerası və “Mercedes” komandası ilə mümkün keçidi barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "PlanetF1" Verstappenin dediklərini belə çatdırıb. 

“Çox danışdıq? Bəli, çox. Amma yalnız bu il deyil, əvvəllər də müzakirələrimiz olub. Bu il isə əvvəlkindən daha çox danışdıq. Eyni zamanda, çoxlu söz-söhbətlər və şayiələr də yayılır.

Biz həm ‘Ferrari’, həm ‘Mercedes’, həm də ‘Red Bull’ barədə danışırıq. Bu normaldır. Biz həmişə bu mövzuda Max və onun meneceri Reymond Vermulen ilə söhbət edirik. Amma qərar hər zaman onun özündədir”

Seçilən
100
90deqiqe.az

1Mənbələr