AZ

Avstraliyada baba uşaq bağçasından səhvən başqa uşağı apardı

Avstraliyada baba uşaq bağçasından səhvən başqa uşağı apardı

Avstraliyanın Sidney şəhərində baba uşaq bağçasından nəvəsini götürmək istərkən səhvən başqa uşağı aparıb. Hadisə qısa müddətlik təşvişə səbəb olub.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, bağçadan nəvəsini götürməyə gələn babaya səhv uşaq təhvil verilib. Baba uşağın öz nəvəsi olmadığını anlamadan onu evə aparıb.

Uşağın anası bağçaya gəldikdə övladını tapa bilməyib və böyük həyəcan keçirib. Hadisə babanın səhvi başa düşüb uşağı bağçaya qaytarması ilə həll olunub.

Bağça rəhbərliyi yaşanan qarışıqlığa görə valideynlərdən üzr istəyib. Səhvən uşağı təhvil verən müəllim isə işdən uzaqlaşdırılıb.

Hadisədən sonra uşaq bağçası ilə bağlı araşdırmaya başlanılıb.

Seçilən
100
afn.az

1Mənbələr