Gəncədə yanğın olub.
Operativ Media-nın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
Qəsəbədə yerləşən vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köşk anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı dəmir konstruksiyalardan ibarət olan köşk yanaraq külə dönüb.
Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğının başvermə səbəbləri araşdırılır.