AZ

Levandovski 100 milyona “yox” deyib

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.

İdmanxeber.az xəbər verir ki, 37 yaşlı forvarda illik 100 milyon avro maaş təklif olunub, lakin polşalı futbolçu Avropada qalmağa üstünlük verib.

Qeyd edək ki, Levandovski 2022-ci ildə “Bavariya”dan “Barselona”ya transfer olunub və klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Seçilən
33
idmanxeber.az

1Mənbələr