“Trabzonspor” qapı xəttini gücləndirmək üçün Andre Onananı transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, Qara dəniz təmsilçisi “Mançester Yunayted”in kamerunlu qapıçısı ilə icarə əsasında danışıqlara başlayıb. Onananın da daha çox oyun praktikasına görə bu variantı dəyərləndirdiyi bildirilir.
Qeyd edək ki, 29 yaşlı qolkiper 2023-cü ildə “İnter”dən “Mançester Yunayted”ə keçib.