AZ

ABŞ Avropa ölkələrinə müdafiə yardımını kəsəcək

Birləşmiş Ştatlar Rusiya ilə həmsərhəd ölkələr üçün bəzi müdafiə proqramlarını ləğv etməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

"Birləşmiş Ştatlar Şərqi Avropa ölkələrində qoşunların hazırlanması və silahlandırılması proqramlarını artıq maliyyələşdirməyəcək. Pentaqon rəsmiləri keçən həftə bununla bağlı avropalı diplomatları məlumatlandırıblar", - məqalədə deyilir.

Nəşr qeyd edir ki, Avropa İttifaqı ölkələri Vaşinqtonun bu qərarından “heyrətlənirlər” və hazırda detalları aydınlaşdırmağa çalışırlar.

Seçilən
36
operativmedia.az

1Mənbələr