AZ

Avropa liderləri Paris sammiti zamanı Hindistanın Baş nazirinə zəng ediblər

BAKI, 4 sentyabr. TELEQRAF

Parisdə keçirilən “Könüllülər koalisiyası”nın sammiti zamanı Avropa liderləri Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıblar.

Teleqraf xəbər verir ki, təşəbbüs Avropa Komissiyasının sədri Ursula fon der Leyendən gəlib.

"Hindistan Rusiyanın təcavüzkar müharibəsinin dayandırılmasında və sülhə gedən yolun yaradılmasına kömək etməkdə mühüm rol oynayır. Bu müharibənin qlobal təhlükəsizliyə təsiri var və iqtisadi sabitliyi pozur. Buna görə də bu, bütün dünya üçün risk yaradır. Gələcəyə baxaraq, biz mümkün qədər tez bir zamandabaş tutacaq növbəti Aİ-Hindistan sammitində birgə strateji proqram üzrə razılığa gəlməyi planlaşdırırıq" - Ursula fon der Leyen bildirib.

Seçilən
100
teleqraf.com

1Mənbələr