Bakı. Trend:
Hindistanın Pəncab əyalətində baş verən daşqınlar nəticəsində 43nəfər həyatını itirib.
Trend xəbər verirki, bu barədə Press Trust of India məlumat yayıb.
Hindistanın kənd təsərrüfatı naziri Şivraj Sinqx Çauxan ştatındaşqından zərər çəkmiş ərazilərinə baş çəkərək, insanlarahərtərəfli dəstək verəcəyinə söz verib. ANI-nin məlumatına görə,Pəncabda daşqınlara güclü yağışlar səbəb olub və fəlakət təxminən 1655 kəndi əhatə edib. Ən çox ziyan Gurdaspur rayonunda olub, burada324 kənd su altında qalıb. Firozpur, Amritsar, Hoşiarpur, Kapurtalavə Sanqrur da təbii fəlakətdən əziyyət çəkib. Təxminən 175,2 minhektar kənd təsərrüfatı sahəsi ziyan görüb.
Ümumilikdə 19 mindən çox insan təxliyə olunub. Hazırda 167müvəqqəti yaşayış düşərgəsi fəaliyyət göstərir, onlardan 29-uBarnala şəhərində yerləşir. Pəncab polisi su basmış kəndlərə yardımləvazimatlarını çatdırmaq üçün dronlardan istifadə edir və əyalətboyu xilasetmə əməliyyatları davam etdirilir.