AZ

Bu Avropa ölkələri Ukraynaya qoşun göndərmək istəmirlər

İtaliyanın Baş naziri Corcia Meloni gələcək sülh sazişində Ukrayna üçün təhlükəsizlik zəmanətlərini hazırlayan "İstəklilər koalisiyası" ilə görüşdə Ukrayna ərazisinə İtaliya qoşunlarının yerləşdirilməsini istisna edib.

Oxu.Az-ın "Il Fatto Quotidiano" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya hökumətinin yaydığı məlumatda deyilir.

Onun sözlərinə görə, Roma Ukraynadan kənarda bu ölkənin Silahlı Qüvvələrinə təlim keçilməsi və monitorinq yolu ilə dəstək verməyə açıqdır. pizza sifarişi

Rumıniya Prezidenti Nikuşor Dan "Antena 1" telekanalına müsahibəsində deyib ki, Buxarest də öz qoşunlarını Ukraynaya göndərməyəcək, lakin sülhün qorunması üzrə əməliyyatlara kömək edəcək.

Bundan başqa, Polşanın Baş naziri Donald Tusk da Parisdə "İstəklilər koalisiyası"nın dövlət və hökumət başçılarının görüşündən sonra jurnalistlərə bildirib ki, Varşava orada hərbi əməliyyatlar başa çatdıqdan sonra belə Ukraynaya öz qoşunlarını göndərməyi planlaşdırmır.


Telegram kanalımız
Seçilən
80
35
yenisabah.az

10Mənbələr